Səudiyyə Ərəbistanı iki neft kəmərinə edilmiş hücuma görə İranı günahlandırıb- FOTO

Səudiyyə Ərəbistanı iki neft kəmərinə edilmiş hücuma görə İranı günahlandırıb- FOTO

GünAz TV: Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil Əlcübeyr bu ölkənin iki neft kəmərinə qarşı edilmiş hücumun əmrinin İranın tərəfindən verildiyini bəyan edib.

 

O, məsələ ilə bağlı şəxsi “Twitter” səhifəsində bu sözləri yazıb: “Husilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-red.) ayrılmaz qoludur və boru kəmərlərinə qarşı edilmiş hücum bunun bariz sübutudur.”

 

 

S.Ərəbistanının Müdafiə Naziri Xalid bin Salman isə “Twitter” səhifəsində yazdığı statusda bildirib ki, “husilərin Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirdiyi terror hücumu sübut edir ki, bu qruplaşma İranın əlaltısından və rəsmi Tehranın ekspansionist siyasətini həyata keçirmək üçün istifadə etdiyi alətdən başqa bir şey deyil”.

 

Xatırladaq ki, mayın 14-də husilər 7 pilotsuz uçan aparatla S.Ərəbistanına məxsus neft boru kəmərlərindən birinə qarşı hücum təşkil etmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN