Səudiyyə Ərəbistanı Qətərin qarşısına 10 ŞƏRT qoydu

Səudiyyə Ərəbistanı Qətərin qarşısına 10 ŞƏRT qoydu

GünAz TV: Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq  24 saat vaxt verib.

 

Şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, "Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb.

 

Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən "Əl Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı körfəz ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır.

 

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya (Libi), Yəmən, Maldiv, Mavriki və Mavritaniya da Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib. (apa)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN