Səudiyyə Ərəbistanı və Bəhreynin xarici işlər nazirləri İranın regionda yürütdüyü siyasətlə bağlı müzakirə aparıblar

Səudiyyə Ərəbistanı və Bəhreynin xarici işlər nazirləri İranın regionda yürütdüyü siyasətlə bağlı müzakirə aparıblar

GünAz Tv: Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Əlcəbir öz bəhreynli həmkarı Xalid bin Əhməd Alxəlifə ilə İranın region ölkələrinə müdaxiləsi barədə görüş keçirib.

 

Görüş zamanı tərəflər regional münaqişələri və İranın digər ölkələrin daxili işlərinə qarışmasını, eləcə də terrorist qruplaşmalara göstərdiyi hərbi və mali dəstəyini müzakirə ediblər.

 

Hər iki tərəf rəsmi Tehranın regionda dağıdıcı siyasətinə və terrorçu fəaliyyətinə qarşı mübarizə aparmağın zəruri olduğunu bir daha vurğulayıblar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN