Səudiyyə Ərəbistanında “Sepah”a casusluqda günahlandırılan 5 nəfərin məhkəməsi keçirilib

Səudiyyə Ərəbistanında “Sepah”a casusluqda günahlandırılan 5 nəfərin məhkəməsi keçirilib

GünAzTV: Səudiyyə Ərəbistanında terrorçu fəaliyyətdə və İran İnqilab Keşikçiləri Korpusuna “Sepah” casusluqda günahlandırılan 5 nəfərin məhkəməsi keçirilib. Bu barədə Səudiyyə Ərəbistanının “Əkaz” qəzeti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanının yerli müxalif şiələrindən olan müttəhimlər, Ər-Riyadın Qətif məntəqəsində bir turist şirkəti açaraq, üzdəniraq turizm adı altında terrorçu fəaliyyətlə məşğul olublar. Belə ki, onlar, ölkənin milli təhlükəsizliyinə qarşı çıxaraq müxalif şiə gəncləri cəzb etdikdən sonra onların İrana gedib “Sepah” düşərgələrində hərbi təlim keçməsini təşkil ediblər. Qeyd olunur ki, həmin gənclər İrana gedib “Sepah”da hərbi təlimlər keçdikdən sonra Səudiyyə Ərəbistanına qayıdaraq ölkənin milli mənafeyinə qarşı təxribat törətməyə cəhd ediblər.

 

Məlumatda həmçinin qeyd olunur ki, Səudiyyə Ərəbistanının baş prokuroru bu ölkənin cəza məhkəməsinin rəisinə müraciət edərək, İrana casusluqda, terrorçu fəaliyyətlərdə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan hər beş müttəhimə ölüm hökmünün çıxarılmasını tələb edib. Müttəhimlərin adları mediaya açıqlanmayıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN