Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələri “Sepah”ın Yəməndəki hərbi mərkəzlərini bombardman edib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələri “Sepah”ın Yəməndəki hərbi mərkəzlərini bombardman edib

GünAzTV: Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələri yanvarın 19-u, axşam saatlarında “Sepah”ın Yəməndəki hərbi mərkəzlərini bombardman edib.

 

Bu barədə ərəb koalisiyasının sözçüsü general Torki əl-Maliki yanvarın 20-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, koalisiya qüvvələri paytaxt Sənanın ətrafında yerləşən “Sepah”a məxsus bir sıra hərbi mərkəzləri, eləcə də Livan “Hizbullah”ına aid hərbi bazaları bombardman edərək yerlə yeksan edib: “Ərəb koalisiyası, bombardman edilən hədəflər barədə bir ay məlumat toplamışdı. Koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində İranda istehsal edilən və “husi”lərin əlinə çatdırılan pilotsuz qurğuların və raket hissələrinin saxlandığı anbarlar tamamilə məhv edilib.

 

Yanvarın 19-u və 20-də koalisiya qüvvələri Yəmənin paytaxtı Səna ətrafında ümumilikdə 50-dən çox hava əməliyyatı həyata keçirib və həmin əməliyyatlarda İrana bağlı qüvvələr və mərkəzlər bombardman edilib. Biz bir daha bildiririk ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri “husi”lərin İrandan aldığı raketlər və pilotsuz uçan aparatlarla bölgəni təhdid etməsinə imkan verməyəcək”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN