Səudiyyə generalı İrana eyham vurub: “Vaxtilə “Əl-Qaidə” rəhbərlərinə sığınacaq verən ölkə, sabah da İŞİD-çilərə qucaq aça bilər”

Səudiyyə generalı İrana eyham vurub: “Vaxtilə “Əl-Qaidə” rəhbərlərinə sığınacaq verən ölkə, sabah da İŞİD-çilərə qucaq aça bilər”

GünAzTV: Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin sözçüsü general-mayor Mənsur əl Tərəki fevralın 16-da İŞİD-ə bağlı 4 terrorçu dəstənin məhv edilməsi ilə bağlı keçirilən mətbuat konfransına qatılaraq beynəlxalq terrorizmə dəstək verən ölkələrdən danışıb.

 

Beynəlxalq koalisiya qüvvələrinin son günlər İŞİD-ə qarşı ağır zərbələr endirdiyini vurğulayan Mənsur əl Tərəki, İrana eyham vuraraq, bəzi region ölkələrinin bu kimi terrorçu qruplaşmalara dəstək verəcəyindən nigaran qaldığını bildirib: “Aldığı ağır və sarsıdıcı zərbələrə baxmayaraq bu terrorçu qruplaşma hələ də İraqda və Suriyada sosial şəbəkələr vasitəsilə gənclər arasında təbliğat apararaq qüvvə toplamaqla məşğuldur. Biz onların sosial şəbəkələrdəki fəaliyyətindən nigaran deyilik. Bizi narahat edən məsələ odur ki, vaxtilə terrorçu “Əl-Qaidə” rəhbərlərinə və onların ailə üzvlərinə sığınacaq verən və onları isti qarşılayan bəzi ölkələr, sabah da İŞİD rəhbərlərinə və onların ailə üzvlərinə qucaq açaraq regionun və dünyanın sabitliyini təhlükəyə sala bilər”.

 

Xatırladaq ki, 2001-ci ildə Amerika ordusu Əfqanıstanda “Taliban” hökumətini devirdikdən sonra bu qruplaşmanın əksər yüksək rütbəli rəhbərləri öz ailə üzvləri ilə birlikdə İrana sığındılar. Hazırda isə həmin qruplaşmanın bəzi üzvləri İranda yaşayır.  

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN