Səudiyyə kralı: “İran region ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir”

Səudiyyə kralı: “İran region ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir”

GünAzTV: Oktyabrın 5-də yüksək rütbəli bir nümayəndə heyətinin müşayiəti ilə Moskvaya səfər edən Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz Rusiya prezidenti Vladimir Putinlə görüşərək qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsindən və regional məsələlərdən danışıb.

 

Kreml sarayında hər iki ölkənin milli himnlərinin səsləndirilməsindən sonra keçirilən görüşdə, iki ölkənin iqtisadi əlaqələrinin gücləndirilməsinin əhəmmiyyətinə toxunan kral Salman, Moskva ilə Ər-Riyadın regional məsələlərdə birgə əməkdaşlığının tərəfdarı olduğunu bildirib: “Təkidlə bildiririk ki, körfəzdə, o cümlədən də Yəməndə sabitliyi və təhlükəsizliyi qoruyub saxlamaq, mühüm və təcili prioritet məsələlərdən biridir. Bunun üçün də hesab edirik ki, İran region ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməli, bölgənin sabitliyinin pozulmasına gətirib çıxaran əməllərini dayandırmalıdır”.

 

 

Yayılan məlumatlara əsasən, iki ölkə rəhbərlərinin təkbətək görüşündə həmçinin Rusiyanın “S 400” zenit-raket komplekslərinin Səudiyyə Ərəbistanına satışı barədə danışıqar aparıldığı bildirilsə də, bu haqda konkret hər hansı bir rəsmi bəyanat səsləndirilməyib.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN