Səudiyyə naziri: “İran və Şeytan Partiyası dünya terrorizminin əsas mənbəyidir”

Səudiyyə naziri: “İran və Şeytan Partiyası dünya terrorizminin əsas mənbəyidir”

GünAzTV: Səudiyyə Ərəbistanının körfəz işləri üzrə naziri Samər əl-Səbhan sentyabrın 11-də öz “Twitter” səhifəshində bir yazı paylaşaraq İran və Livan “Hizbullahı”nı dünyada beynəlxalq terrorizmə dəstək verməkdə günahlandırıb.

 

İranın yetişdirdiyi “Hizbullah” təşkilatını “Şeytan Partiyası” adlandıran Samər əl-Səbhan bildirib ki, dünya birliyi İŞİD-ə qarşı mübarizədə vahid şəkildə davrandığı kimi, İranla Livan “Hizbullahı” ilə də eyni şəkildə rəftar etməli, onların terrorçu fəaliyyətlərinin qarşısını almalıdır: “İran və onun yetişdirib boya-başa çatdırdığı yetkin balası olan Şeytan Partiyası, dünya terrorizminin əsas mənbəyidir. Hesab edirik ki, dünya birliyi İŞİD-ə qarşı birgə mövqe nümayiş etdirib davrandığı kimi, onun qaynaqlarına qarşı da mübarizə aparmalı, vuruşmalıdır. Çünki bizim millətlərin sülhə və təhlükəsiz şəraitdə yaşamağa ehtiyacı var.

 

Şeytan Partiyasının (Hizbullah) isə bizim ümmətimizə qarşı tərətdiyi qeyri-insani cinayətlərinin nəticəsi sözsüz ki, gec-tez Livana da şamil ediləcək. Məhz buna görə də düşünürk ki, livanlılar “Hizbullah”a dəstək vermək və ya ona qarşı çıxmaq varianlarından birini seçməlidirlər”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN