Səudiyyə şahzadəsi: “Husilər İranın əlaltılarıdır”

Səudiyyə şahzadəsi: “Husilər İranın əlaltılarıdır”

GünazTV: Sədiyyə Ərəbistanının müdafiə nazirinin müavini şahzadə Xalid bin Salman mayın 16-da “Twitter” səhifəsində yazdığı bir statusda İranın dəstəklədiyi yaraqlı husilərdən danışıb.

 

O bildirib ki, İran rejimi husilərdən bir alət və vasitə kimi istifadə edərək, regionda öz planlarını gerçəkləşdirməyə çalışır: “Husilər iddia etdiklərinin əksinə olaraq, Yəmən vətəndaşlarının qorunmasına və Yəmənin inkişafına xidmət etmirlər. Onlar (husilər) sadəcə olaraq İranın əlaltılarıdırlar. Husilərin terror əməlləri Tehran rejiminin göstərişi və tapşırığı ilə həyata keçirilir. Bu isə, hazırda Yəməndə yaşanan böhranın aradan qaldırılması üçün göstərilən siyasi cəhdlərin nəticə verməməsinə səbəb olur" -deyə Xalid bin Salman əlavə edib.

 

İranın dəstəklədiyi yaraqlı husilər

 

Qeyd edək ki, son günlər rəsmi Tehranın açıq şəkildə dəstəklədiyi yaraqlı husilərin Səudiyyə Ərəbistanının neft və digər həssas mərkəzlərinə qarşı həyata keçirdiyi raket hücumlarının sayı artıb. Mayın 14-ü, sübh saatlarında isə Səudiyyə Ərəbistanının Əd-Dəvadmi və Əfif əyalətlərində “Aramco” şirkətinə məxsus iki neft pompaj stansiyası, husilərin raket hücumlarına məruz qalıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN