Sigal Mandelker: “Vaşinqton İrandan neft alan hər kəsə sanksiya qoyacaq”

Sigal Mandelker: “Vaşinqton İrandan neft alan hər kəsə sanksiya qoyacaq”

GünazTV: Amerika maliyyə nazirinin terrorizm və maliyyə məsələləri üzrə müavini Sigal Mandelker sentyabrın 8-də jurnalistlərə açıqlamasında İranın gizli neft müştərilərindən və Vaşinqtonun həmin ölkələrə qarşı görəcəyi tədbirindən danışıb.

 

Mandelker bildirib ki, Tramp hökumətinin tətbiq etdiyi sanksiyalar nəticəsində İran neftinin satışı kəskin dərəcədə azalıb: “Vaşinqton İrandan neft alan və ya “Sepah”la əlaqəyə girərək onunla sövdələşən hər kəsə sanksiya qoyacaq.

 

Biz İrana qarşı təzyiqimizi davam etdirəcəyik və prezident Trampın da bildirdiyi kimi İrandan neft almaq istəyən heç bir ölkəyə istisna olaraq güzəştə getməyəcəyik” –deyə Amerika Birləşmiş Ştatlarının maliyyə nazirinin terrorizm və maliyyə məsələləri üzrə müavini Sigal Mandelker əlavə edib.

 

 

Xanım Sigal Mandelker öz açıqlamasında Amerikanın tətbiq etdiyi sanksiyalara baxmayaraq, gizli yollarla İrandan ucuz neft almağa çalışan ölkələrin və ya xarici şirkətlərin adlarına toxunmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN