Silah istehsalında İran-Ermənistan əməkdaşlığı

2019-07-03

GünAz TV: İyunun 25-30-da Moskvaətrafı Kubinka qəsəbəsində keçirilən "Ordu" beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal edilən Nəcm-802 radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib.

 

RLS-dən uçan hədəflərin məsafədən aşkarlanması, hədəfi məhv etmək üçün koordinatların verilməsi üçün istifadə olunur. Nəcm-802 Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlanıb.

 

Mobil RLS-lər yaxınlıqdakı ekipaj olmadan sutkada 24 saat fəaliyyət göstərə bilər. "Bu, Ermənistan və Dağlıq Qarabağın üzərində hərtərəfli radiolokasiya sahəsinin yaradılmasına imkan verir. Ayrıca qeyd etmək lazımdır ki, RLS elektronika anten postundan uzaqdadır və radiolokasiya əleyhinə raketlərin tətbiqi halında hərbçilərin məğlubiyyət riskini praktik olaraq istisna edir. Bununla yanaşı zərbəyə kompleksin ən ucuz hissəsi məruz qalır ki, onu tez bir zamanda əvəz etmək mümkündür" - Moskvanın "Regnum" resursu 2019-cu il iyulun 1-də bildirib.

 

"Ordu" forumunda Ermənistan nümayəndə heyəti həmçinin hava kəşfiyyatını həyata keçirməyə və "uçan mərmi" funksiyasını yerinə yetirməyə qadir pilotsuz hərbu uçuş qurğuları, zirehli jiletlər, düşmənin gecə aşkarlanması üçün teplovizorlar və digər hərbi məhsulları nümayiş etdirib.

 

"Regnum" bildirir ki, Ermənistanın bütün HHM sistemi avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) çərçivəsində birləşib, bütün aşkarlama və məhvetmə vasitələrindən məlumatlar buraya toplanır və işlənilir. Daşınan zenit raket kompleksləri (DZRK) də bu sistemə inteqrasiya olunmağa başlayır.

 

Bir portativ platformada "İqla-C" və ya "Verba" DZRK, düşmən dronlarının idarəetmə siqnallarının tutulması üçün radioelektron mübarizə sistemi (RMS), həmçinin Ermənistan HHM AİS-ə qoşulmuş kompüter birləşdirilib.

 

Kompleksin əsas üstünlüyü məhz sonuncu qurğudadır - indi DZRK operatoruna düşmənin aviasiyasını vizual axtarmaq lazım deyil, o, radiolokatorlardan və digər vasitələrdən bütün informasiyanı ekranda görəcək. Bu, operatorun reaksiya sürətini xeyli artırır və DZKK-nın tətbiqini asanlaşdırır, "Regnum" bildirib.

 

2016-cı ilin aprelində erməni ordusunun məğlubiyyətindən sonra İran-Ermənistan hərbi-texniki əməkdaşlığı möhkəmlənib.

 

2016-cı il mayın 24-25-də Tehranda Ermənistanın o zamankı müdafiə nazirinin müavini David Tonoyanın iranlı həmkarı Firuz Məsihpur, həmçinin ökənin müdafiə idarəsinin rəhbəri Hüseyn Dehqani ilə görüşü olmuşdu.

 

Ermənistan nümayəndə heyəti Malik Aştar Elm və Texnologiya Universitetini ziyarət edib.

 

Tərəflər hərbi əməkdaşlığın gündəliyini razılaşdırıblar və bu kontekstdə tədbirləri planlaşdırıblar. İyun ayında Maddi-Texniki Təminat Departamentinin rəisi Movses Akopyan başda olmaqla Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti İrana səfər edib. Erməni nümayəndələr İran Müdafiə Nazirliyinin himayəsi altında fəaliyyət göstərən ETKA şirkətinin zavodlarına və mağazalarına baş çəkiblər, şirkətin icraçı direktoru Mehdi Kərbəla ilə görüşüblər. Nümayəndə heyəti ETKA məhsulları ilə tanış olub, həmçinin İİR Müdafiə Nazirliyinin rəhbəri ilə növbəti görüş keçiriblər. Səfərin yekunları ilə bağlı anlaşma memorandumu imzalanıb, həmçinin bəzi razılaşmalar əldə olunub, lakin razılaşmaların mahiyyəti açıqlanmır, eadaily.com bildirib.

 

Mənbə: contact.az

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29