Şimali İraq Kürd Muxtariyyətində saxlanılan urmiyəli idmançı azadlığa buraxılıb

Şimali İraq Kürd Muxtariyyətində saxlanılan urmiyəli idmançı azadlığa buraxılıb

GünAz TV: Bir müddət əvvəl Şimali İraq Kürd Muxtariyyətində naməlum səbəbdən saxlanılaraq işgəncə edilən urmiyəli idmançı İsmayıl Keşavərz sərbəst buraxılıb.

 

Bu, Qərbi Azərbaycan Əyalətinin yüksək rütbəli rəsmi şəxsləri ilə Ərbil Əyalətinin valisi arasında aparılan danışıqlardan sonra mümkün olub.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, İranın Ərbildəki baş konsulu xəbəri təsdiq edərək İ.Keşavərzin Təmərçin sərhəddində İran rəsmilərini təhvil verildiyini açıqlayıb.

 

Kiyokuşin üslubu üzrə karate məşqçisi İ.Keşavərz yanvarın 21-də karate salonu açıb dərs keçmək məqsədi ilə İraqın Ərbil şəhərinə gedib.

 

İ.Keşavərzin həyat yoldaşı Nazənin Zəngbari ötən günlərdə onun vəziyyəti ilə bağlı mətbuata bildirmişdir ki, “İsmayıl Kiyokuşin üslubu üzrə karate məşqçisi və dünya çempionudur. O karate salonu açmaq məqsədi ilə Ərbilə gedib. Lakin istədiyi məkana çatdıqdan dərhal sonra kürd təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu o halda baş verib ki, onun heç bir orqanla hərhansı əlaqəsi yoxdur.”

 

Azərbaycanlı idmançının həyat yoldaşı və qardaşı onun İraq Kürdistanında saxlandığı müddətdə ağır işgəncə olduğunu da mətbuata bildirmişdir.

“İsmayılın qızı və həyat yoldaşı onunla 3 dəqiqəlik görüşdə şoka düşüb. Onlar İsmayılın işgəncələr nəticəsində çətinliklə yeridiyinə, üzü-gözünün zərbələrdən partlayıb şişdiyinə şahid olublar”- deyə İsmayılın qardaşı İbrahim Keşavərz “İlna” xəbər agentliyinin müxbiri ilə danışıqda qeyd etmişdir.

 

Adını çəkdiyimiz azərbaycanlı idmançı İran, Gürcüstan, Azərbaycan Respublikası, Türkiyə və s. kimi ölkələrdə keçirilən bir neçə beynəlxalq yarışda qızıl medal qazanıb, o kiyokuşin üslubu üzrə karate məşqçisidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN