Şimali Koreya 192 ölkəyə çağırış etdi...

Şimali Koreya 192 ölkəyə çağırış etdi...

GünAz TV: «Şimali Koreya, BMT-nin üzvü olan 192 ölkənin nümayəndəliklərinə məktub göndərərək, "qanuni əsasının olub olmadığı dəqiqləşdirilənə qədər BMT Təhlükəsizlik Şurasının qadağaların tətbiq olunmasındansa, qərarın təkrar nəzərdən keçirilməsini" istəyib».


Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyindən edilən açıqlamada, beynəlxalq cəmiyyətə nüvə proqramı və balistik raket sınaqları səbəbiylə Pxenyana istiqamətli qadağalarınların tətbiq olunmamasına çağırış edib.

Çağırışda Şimali Koreya, sanksiya qərarlarının qanuni əsasının araşdırılması üçün BMT tərəfindən mütəxəssislərdən ibarət beynəlxalq araşdırma qrupunun yaradılması tələbini bir daha təkrar edib.

BMT Təhlükəsizlik Şuras ilk olaraq 2006-cı ildə Şimali Koreyaya sanksiya tətbiq olunması barədə qərar vermişdi. Şimali Koreyanın nüvə raket sınaqlarına davam etməsi və iki uzaq mənzilli raket atışının ardından bu qadağalar artırılmışdı.

Şimali Koreyanı nüvə proqramı səbəbiylə sərt şəkildə tənqid edən və Çinin də dəstəyini alaraq Pxenyanı nüvə proqramından imtina etdirmək istəyən Amerika prezidenti Donald Tramp rəhbərliyi isə bu ölkəyə daha çox sanksiya tətbiq olunmasını istəyir.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN