Şimali Koreya, Cənubi Koreya ilə danışıqlardan imtina edib

Şimali Koreya, Cənubi Koreya ilə danışıqlardan imtina edib

GünAz TV: Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib.

 

APA-nın “Renhap”a istinadən verdiyi xəbərə görə, buna səbəb Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.

 

Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

 

Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. 

 

Qeyd edək ki, ABŞ-ın  “Max Thunder” təlimləri Cənubi  Koreyada aprelin 15-dən keçirilir.

 

Təlimlərdə ABŞ və Cənubi Koreyadan 2000-dək hərbçi iştirak edir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN