Şimali Koreya nüvə alimlərinin nailiyyətlərini təntənə edib

Şimali Koreya nüvə alimlərinin nailiyyətlərini təntənə edib

GünAz TV: Şimali Koreya lideri Kim Yonq Un ölkənin altıncı və ən böyük nüvə sınağının keçirilməsində rolu olmuş nüvə alimləri və texniki işçilərin nailiyyətlərini təntənə edib. Bu haqda Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat verib.

 

Cənubi Koreya Şimali Koreyanın yaradılmasının 69-cu ildönümü münasibətilə daha bir uzun mənzilli raket sınağının keçirilə bilməsini gözləsə də, təntənəli mərasimlərin qeyd edildiyi vaxt yeni provokasiyalar baş verməyib.

 

 

 

Cənubi Koreya rəsmiləri keçən həftə boyu Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını pozub, Birləşmiş Ştatlarla gərginliyin artırılmasına çalışaraq, daha bir uzun mənzilli raket sınağı keçirə bilməsi ilə bağlı xəbərdarlıq edib.

 

Şimali Koreyanın rəsmi xəbər agentliyinin bildirdiyinə görə, Kim Yonq Un keçən həftənin bazar günü sonuncu bomba sınağının keçirilməsində rolu olmuş nüvə alimləri və yüksək səviyyəli hərbi rəsmilərin şərəfinə ziyafət verib. Onlar üçün xüsusi konsert proqramı təşkil edilib, Kim Yonq Un isə alimlər və hərbçilərlə foto şəkil çəkdirib.

 

Rəsmi xəbər agentliyi ziyafətin nə zaman keçirildiyi haqda məlumat verməyib. Lakin təhlilçiləri tədbirlərin şənbə günü keçirildiyini bildirir.

 

Şimali Koreyanın rəsmi xəbər agentliyinin açıqladığı foto şəkillərdə Kim Yonq Un ölkənin iki aparıcı nüvə alimi ilə birlikdə göstərilir. Alimlərdən biri Şimali Koreyanın Nüvə Silahları İnstitutunun rəhbəri Ri Honq Sop, digəri isə iqtidarda olan Koreya Fəhlə Partiyasının hərbi sənaye bölməsinin direktor müavini Honq Sunq Mudur.

 

Ri və Honq Şimali Koreyanın nüvə proqramının inkişafında müstəsna rol oynayıb. Onlar sonuncu nüvə sınağı da daxil olmaqla, təftiş sahələri və silah sınaqları zamanı Kim Yonq Unun hər zaman yaxınlığında görünür. Ri Şimali Koreyanın əsas nüvə obyekti olan Pxenyan yaxınlığındakı Yonqbyon Nüvə Araşdırma Mərkəzinin keçmiş direktorudur.

 

Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasından bazar ertəsi günü Şimali Koreyaya qarşı raket və nüvə proqramları ilə əlaqədar yeni sanksiyalara dair qətnamə layihəsi ilə bağlı səsvermə keçirmək üçün iclas çağırmasını istəyib. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN