Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər

Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər

GünAz TV: Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Kin İn Ren bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Koreya yarımadasındakı əməliyyatları nəticəsində nüvə müharibəsi istənilən an başlaya bilər.

 

Oxu.Az xəbər verir ki, bu barədə o, mətbuat konfransının gedişatında bildirib.

 

Diplomat ABŞ-ı regionda təhlükəli vəziyyət yaradan addımlardan çəkinməyə çağırıb.

 

“Pxenyan öz tərəfindən Vaşinqtonun istənilən aqressiv addımlarına qarşı cavab addımı atmağa hazırdır”, - Şimali Koreyanın rəsmisi bəyan edib.

 

Onun sözlərinə görə, Şimali Koreyaya sanksiyaların tətbiqi ölkənin müstəqilliyinin pozulmasıdır. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ adından hərəkət edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN