Şimali Koreya yaxın məsafəli raketin sınağını keçirib

Şimali Koreya yaxın məsafəli raketin sınağını keçirib

GünAz TV: Şimali Koreya yerli vaxtla 09:06-da yaxın məsafəli raketi sınaqdan keçirib.

 

Mediada yayılan məlumata görə, raket Vansan şəhəri tərəfdən Yapon dənizi istiqamətində buraxılıb.

 

Koreya Respublikasının Baş Qərargah Rəisləri Birləşmiş Komitəsi də bu faktı təsdiqləyib. 

 

"Kiodo" agentliyi raketin yaxın mənzilli olduğunu yazıb.

 

Bildirilir ki, hazırda Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) məlumatları təhlil edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN