Şimali Koreya yeni raketi sınaqdan keçirib

Şimali Koreya yeni raketi sınaqdan keçirib

GünAz TV: Koreya Xalq Demokratik Respublikası daha bir yeni nəhəng raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.

 

"Report"un məlumatına görə, bu barədə "Ronhap" agentliyi məlumat yayıb. Qeyd olunub ki, sınaqlar zamanı bütün taktiki tapşırıqlar yerinə yetirilib.

 

Digər detallar barədə heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen Inın ABŞ və Cənubi Koreyanın təlimləri bitdikdən sonra raket sınaqlarını dayandıracağına dair söz verdiyini açıqlamışdı.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN