Şimali Koreyaya səfər edən Sergey Lavrov Kim Çen Inı Rusiyaya dəvət edib

Şimali Koreyaya səfər edən Sergey Lavrov Kim Çen Inı Rusiyaya dəvət edib

GünAz TV: Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S.Lavrov Şimali Koreya lideri Kim Çen Inı Rusiyaya dəvət edib. Dəvət Sergey Lavrovun Şimali Koreyaya səfəri çərçivəsində ölkə başçısı ilə görüşündə səsləndirilib.

 

Səfər çərçivəsində Rusiya xarici işlər naziri həmçinin həmkarı Le Yon Xo ilə də görüşüb. Tərəflər ikitərəfli əlaqələri, Koreya yarımadası ətrafında baş verənləri və digər beynəlxalq məsələləri müzakirə ediblər. Kim Çen Inla görüş əvvəlcədən elan olunmayıb.

 

Görüş Amerika-KXDR sammiti ərəfəsində gerçəkləşib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN