Şimali Xorasan əyalətində bir neçə gündə 4 nəfər spirtli içkidən zəhərlənərək ölüb

Şimali Xorasan əyalətində bir neçə gündə 4 nəfər spirtli içkidən zəhərlənərək ölüb

GünAz TV: İranın Şimali Xorasan əyalətinin polis idarəsi son 2 həftə ərzində ümumilikdə 4 nəfərin kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənərək öldüyü barədə məlumat yayıb.

 

Polisin məlumatında qeyd edilir ki, 14 gün ərzində ümumilikdə 30 nəfər spirtli içkidən zəhərləndiyinə görə xəstəxanalara müraciət edib. Həmin şəxslər içərisində 1-i qadın olmaqla, 4 nəfər ölüb.

 

Polis Rəisi Əlirza Məzahiri məsələ ilə əlaqəli yerli media orqanlarına eyni səbəbdən 1 nəfərin kor olduğunu, iki nəfərin isə beyin ölümü ilə üzləşdiyini deyib.

 

O, həmçinin əyalət ərazisində kustar üsulla həmin alkoqol içkiləri hazırlayan şəxsin artıq həbs edildiyini bildirib.

 

Qeyd etmək lazımdır ki, İranda spirtli içkilərin istehsalı və istehlakı qadağandır. Buna görə də, ölkədə evlərdə kustar üsulla hazırlanan və heç bir keyfiyyət standartı tələblərinə cavab verməyən spirtli içki istehlakı səbəbindən hər il onlarla adam ölür və ya kor olur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN