Sina İrşadi cinayətkar “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı təxribatı barədə bəyanat yayıb

Sina İrşadi cinayətkar  “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı təxribatı barədə bəyanat yayıb

GünAzTV: Azərbaycanlı gənc fəal Sina İrşadi cinayətkar  “Çətəçilər” bandasının və onun üzvlərinin Azərbaycan Milli Hərəkatına qarşı apardığı son təxribatı barədə qısa bəyanat yayaraq məsələyə münasibət bildirib.

 

Bəyanatda deyilir: “Eşitdiyimə görə, “Dirəniş” Təşkilatı Azərbaycan Milli Hərəkatı fəallarının bir neçə illik zəhmətini hədərə verib məhv etmək niyyətindədir. Lakin təhlükəsizlik qurumlarında əyləşənlərin göstərişini yerinə yetirərək Azərbaycan Milli Hərəkatının tanınmış fəallarına qarşı təxribat aparan və onlar arasında nifaq salmaqla milli hərəkat qatarını məhvə doğru yönləndirməyə çalışan Atabay Təbrizli, İsmayıl Cavadi və Beytulla Bərzigər kimi adamların oxu, azərbaycanlı fəalların ayıqlığı sayəsində daşa dəydi. Bu isə sevindirici haldır.

 

Hesab edirəm ki, milli hərəkatımızın inkişafına mane olmağa çalışan Atabay Təbrizli, İsmayıl Cavadi və Beytulla Bərzigər kimi çətəbazların məkrli planlarını ifşa etmək və onların qarşısında dayanmaq hər bir fəalın borcudur. Gəlin insanlara öz səviyyələrinə görə dəyər verək”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN