Şirazda sel nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb- Video

Şirazda sel nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb- Video

GünAz TV: Şirazın müxtəlif bölgələrində tüğyan edən sel nəticəsində baş vermiş zəncirvari qəzalarda ümumilikdə 46 nəfər ölən və yaralanan var.

 

İran Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivəndinin verdiyi məlumata görə, bu qəzalarda 11 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

 

Yaralılardan 20 nəfərin vəziyyəti ağır olduğundan, onlar xəstəxanalara yerləşdiriliblər.

 

Bu xəbərdə öncə Şirazın giriş qapılarına yaxın ərazidə 200-dən artıq avtomobilin sel səbəbindən toqquşaraq aşdığı barədə məlumat yayılmışdı.

 

Qeyd etmək lazımdır ki, son günlər İranın bir çox bölgələrində yağışlı hava səbəbindən daşqınlar hökm sürür. Bu daşqınlar nəticəsində bu günədək bir neçə nəfər ölüb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN