Şirazda su və işıqların tez-tez kəsilməsindən boğaza yığılan əhali etiraz aksiyası keçirib - VİDEO

Şirazda su və işıqların tez-tez kəsilməsindən boğaza yığılan əhali etiraz aksiyası keçirib - VİDEO

GünAzTV: İranın Şiraz şəhərində su və işıqların tez-tez kəsilməsindən boğaza yığılan əhali küçələrə axışaraq, insanların isti hava şəraitində sudan və elektrikdən məhrum qalmasına və yerli məsulların səriştəsizliyinə qarşı etiraz aksiyası keçiriblər.

 

İyulun 20-si axşam saatlarında Şirazın Vəhdətiyyə üçyolunu bağlayan etirazçılar, avtomobillərin hərəkətinə mane olaraq, yerli məsulları şəhərdə yaranmış ağır vəziyyətə görə cavabdeh olmağa çağırıblar. Gecə saatlarına qədər davam edən dinc aksiyada, etirazçılar rəsmilərin ölkə vətəndaşlarının durumuna laqeyd qalmasına qarşı şüarlar səsləndiriliblər. Etirazlarda mümkün həbslərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, son həftələr İranın bir neçə şəhərində, o cümlədən də Borazcan, Xürrəmşəhr, Əhvaz, Abadan, Şadqan, İsfahan və digər bir neçə şəhərində su qıtlığından və vaxtaşırı əhaliyə çirkli suyun verilməsindən əziyyət çəkən on minlərlə insan küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN