Şirazın Adilabad zindanında daha 1 məhkum edam edilib

Şirazın Adilabad zindanında daha 1 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 8 il əvvəl Kazerun şəhərinin ovlaq məntəqəsində naməlum səbəbə görə qətl torədən məhkum Sarəllah Mirşikari, yanvarın 20-si sübh saatlarında Şirazın Adilabad zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN