Sistan-Bəlucistanda hüquq-mühafizə qüvvələrinin atəşi nəticəsində biri 11 yaşlı uşaq olmaqla 3 bəluc öldürülüb

Sistan-Bəlucistanda hüquq-mühafizə qüvvələrinin atəşi nəticəsində biri 11 yaşlı uşaq olmaqla 3 bəluc öldürülüb

GünazTV: İranın Sistan-Bəlucistan əyalətində hüquq-mühafizə qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində biri 11 yaşlı uşaq olmaqla 3 bəluc öldürülüb.

 

Hadisə,  mayın 9-da əyalətin Delqan şəhərində baş verib. Yerli polis qüvvələri motosikletdə hərəkət edən bəluclara “dur” əmri versələr də, onlar polisin əmrinə məhəl qoymayaraq, hərəkətə davam ediblər. Nəticədə, polis qüvvələri hər üç bəluca odlu silahlardan atəş açıblar. Atəş nəticəsində bəluclar, 11 yaşlı Əlirza Bameri, 23 yaşlı Ümid Bameri və 22 yaşlı Rəhman Bameri agüllə yarası alaraq, yerindəcə həlak olublar.

 

Hadisədən az sonra, Sistan-Bəlucistan əyalətinin polis komandanı Məhəmməd Qənbəri baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verərək, öldürülən bəluclardan birinin 11 yaşlı uşaq olmasına baxmayaraq, onları quldurluqda və meyvə-tərəvəz məhsulları daşıyan yük maşınlarından oğurluqda günahlandırıb.

 

İranın ən yoxsul bölgələrindən olan Sistan-Bəlucistan əyalətinin yerli hüquq müdafiəçiləri isə polis komandanının dediklərini təkzib edərək, onun polis tərəfindən öldürülən bəluclara qarşı irəli sürdüyü ittihamlarını əsasız sayaraq, rədd ediblər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN