Son 1 ay ərzində Omanın Xarici İşlər naziri 2-ci dəfə İrana səfər edib

Son 1 ay ərzində Omanın Xarici İşlər naziri 2-ci dəfə İrana səfər edib

GünAz TV: Omanın Xarici İşlər naziri Yusif bin Ələvi iranlı rəsmilərlə müzakirələr aparmaq üçün ötən gün Tehrana rəsmi səfər edib.

 

O, elə həmin gün öz iranlı həmkarı Məhəmməd Cavaz Zəriflə görüş keçirib. Keçən həftə isə Zərif Maskata səfər edərək, Yusif bin Ələvi ilə görüşmüşdü.

 

Omanın Xarici Siyasət İdarəsinin rəhbəri yanvarın 7-də “Tehran Dialoq Forumu”nda iştirak etmək üçün İrana gəlmişdi və bu səfər çərçivəsində Zəriflə görüşmüşdü.

 

Son illər ərzində rəsmi Tehranla normal münasibətləri olan Omanın İran və Amerika arasında vasitəçilik missiyası həyata keçirməsi ilə bağlı ara-sıra məlumatlar yayılır.

 

Bu xüsusda Omanın Vaşinqtonda akkreditə edilmiş səfiri Həninə əl-Məğiri də qeyd etmişdi ki, ölkəsi 2013-cü ildə tərəflər arasında İranın nüvə proqramı ətrafında birbaşa danışıqların aparılması üçün vasitəçilik missiyası həyata keçirmişdi.

 

“Biz təkcə vasitəçilik missiyası həyata keçirmirdik, eləcə də danışıqların başladılması üçün lazım olan diplomatik kanalı yaratdıq. Bizdən bu istiqamətdə rol oynamağımızı istədikləri üçün lazım olan addımları atdıq”,- deyə diplomat əlavə etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN