Şotlandiya müstəqilliyə doğru daha bir addım atdı

Şotlandiya müstəqilliyə doğru daha bir addım atdı

GünAz TV: Şotlandiyanın (İskatlənd) birinci naziri Nikola Stercen ölkənin Avropa Birliyinin tərkibində qalmasını istəyən hər kəsi bu ölkəyə köçməyə dəvət edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, yeni referendumun tarixini dəqiq açıqlamayıb.

 

Ötən ilin iyununda Brexit zamanı əksər britaniyalılardan fərqli olaraq şotlandlar Avropa Birliyinin tərkibində qalmağa səs vermişdilər. Bu onların müstəqillik haqda referendumunu yenidən gündəmə gətirmişdi.

 

Nikola Stercen qətiyyətlə Londondan yeni referenduma razılıq alacağını deyib. Nazir bu addımın 2018-ci ilin sonu yaxud 2019-cu ilin əvvəllərində baş tutacağını deyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN