Şri-Lankada min kilo heroin daşıyan İran gəmisi saxlanılıb/ "Sepah"ın narkotik ticarəti

Şri-Lankada min kilo heroin daşıyan İran gəmisi saxlanılıb/

GünAz TV: Şri-Lanka Dəniz Qüvvələri min ton heroin yüklü İran gəmisini saxlayıb.

 

Bu barədə məlumat yayan yerli media orqanları bildiriblər ki, gəmi ölkə polisi və Dəniz Qüvvələrinin Şri-Lankanın cənub sahillərində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

 

Əməliyyatdan sonra gəmi Kolombo şəhəri sahillərinə gətirilib, onun ekipaj üzvləri həbs edilib. Polisin verdiyi məlumata görə, gəmiçilər polisin gəldiyini görən zaman heroinin bir hissəsini dənizə töküblər.

 

Pakistandan Şri-Lanka istiqamətində üzən bu gəminin narkotik maddəni bir müddət öncə Dubayda həbs edilmiş şri-lankalı narko ticarətçi və mafiya başçısı Makandur Maduşun dəstəsinə gətirdiyi ehtimal edilir.

 

Bundan əvvəl də, 2018-ci ildə Bolqarıstan bu ölkədən tranzit kimi istifadə etməklə, İranda Avstriyaya dəyəri 27 milyon dollar civarında olan 712 kiloqram heroin keçirməyə çalışan 2 İran vətəndaşının saxlandığı barədə məlumat yaymışdı. Rəsmi Tehran isə bu məsələyə heç bir reaksiya verməmişdi.

 

Bütün bunlar İran hökumətinin narkotik ticarəti ilə məşğul olması barədə yeni məlumatlar deyil. Belə ki, 2012-ci ilin martın 7-də Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi bəyanat yayaraq, “Sepah”ın “Qüds Briqadası”nın yüksək rütbəli komandanlarından olan general Qulamrza Bağbaninin narkotik qaçaqmalçılığı ilə məşğul olduğu barədə sənədlər təqdim etmiş və ona qarşı cinayət işi qaldırıldığını bildirmişdi.

 

Bəyanata əsasən, Qulamrza Bağbani dəfələrlə Avropa ölkələrinə qaçaq yolla narkotik aparan əfqanlara İran torpağından keçməyə icazə verib və bunun müqabilində həmin şəxslərdən Taliban terror təşkilatına silah göndərmək üçün istifadə edib.

 

Azərbaycan Respublikası ərazisində də zaman-zaman narkotik qaçaqmalçılığı ilə məşğul olan iranlılar və onlarla əlaqəli şəxslər saxlanılıb. Eləcə də, tez-tez iki ölkə sərhəddini İran tərəfdən pozmağa çalışan narkotik qaçaqmalçıları ilə dəfələrlə baş vermiş silahlı toqquşmalar nəticəsində bir neçə Azərbaycan sərhədçisi ölüb. Son günlər ərzində də iki ölkənin sərhəd-gömrük buraxılış məntəqəsində İrandan Azərbaycana gələn yük maşınında sərhəd yoxlanışı zamanı külli miqdarda narkotik vasitə aşkarlansa da, sürücü qaçmağa nail olub.

 

Mövcud sənədlər və dəlillərə əsasən, İran rejiminin, xüsusən də onun sütünlarından olan “Sepah”ın narkotik ticarətinə üz tutmasını iki amillə bağlamaq olar:

  • Siyasi amil
  • İqtisadi amil

 

İran rejiminin narkotiklərdən siyasi amil kimi istifadə etməsinin bir neçə səbəbi var. Bu rejim bütün dünyada, xüsusən də Avropa, Qərb və onların müttəfiqi olan ölkələrdə narkotik vasitələri yaymaqla həmin ölkələrin ərazisində qeyri-stabillik, eləcə də sosial-ictimai problemlər yaratmağa, mənəvi dəyərləri aşındırmağa çalışır.

 

İqtisadi amil isə narkotikin dünyada ən gəlirli sahələrdən biri olması ilə bağlıdır. Belə ki, İran rejimi hər zaman narkotik ticarəti ilə məşğul olsa da, müxtəlif dövrlərdə Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra bu sahədə daha da aktivləşir. Son dövrlər “Sepah”ın narkotik ticarətini daha da fəallaşdırmasının səbəbi İranın Amerika sanksiyaları səbəbindən ciddi iqtisadi böhran keçirməsidir.

 

Təbii ki, “Sepah” bu ticarəti dini lider Əli Xamneyinin icazəsi ilə öz əlində cəmləşdirib. “Sepah” bu istiqamətdə Hizbullah kimi terror təşkilatlarından da bəhrələnir. Müxtəlif dövrlərdə Latın Amerikası ölkələrində narko ticarətlə məşğul olan Hizbullah üzvlərinin həbsi ilə bağlı dəfələrlə məlumatlar yayılıb.

 

Qeyd etmək lazımdır ki, İranda 1979-cu il inqilabından sonra qurulan dini rejim narkotik qaçaqmalçılarına qarşı edam cəzası tətbiq edir. Bu cəza təbii ki, ictimai fikri yayındırmaq məqsədi daşıyır. Əslində isə bu edamlarla bir növ “Sepah”ın rəqibləri aradan qaldırılır və bütün narkotik ticarəti bu qurumun kontrolunda cəmləşir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN