Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb

Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb

GünAz TV: Ötən gün Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

 

Mediaya yayılan məlumata görə, bu barədə yerli polis "News 1st" saytına açıqlamasında bildirib.

 

Qeyd olunub ki, Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 500-ə yaxın insan yaralanıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla əlaqədə şübhəli bilinən 24 nəfəri saxlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN