Stiven Mnuçin: “İrana qarşı maksimum təzyiq siyasəti öz təsirini göstərməkdədir”

Stiven Mnuçin: “İrana qarşı maksimum təzyiq siyasəti öz təsirini göstərməkdədir”

GünazTV: ABŞ-ın maliyyə naziri Stiven Mnuçin sentyabrın 12-də CNBC telekanalına müsahibəsində Vaşinqtonun İrana qarşı maksimum təzyiq siyasətindən və Trampın iranlı həmkarı Həsən Ruhani ilə mümkün görüşündən danışıb.

 

Mnuçun deyib ki, Tramp hökumətinin İran rejiminə qarşı yürütdüyü təzyiq siyasəti artıq öz bəhrəsini verməyə başlayıb: “İrana qarşı maksimum təzyiq siyasəti öz təsirini göstərməkdədir. Elə bunna görə də hesab edirik ki, İran gec-tez danışıqlar masası arxasına qayıdacaq.

 

Hazırda yürütdüyümüz maksimum təzyiq siyasəti, İranla bütün ticari əlaqə və sövdələşmə yollarının bağlanmasına səbəb olub. Mən də daxil olmaqla Ağ Ev rəsmiləri, o cümlədən də dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik komandası İrana qarşı maksimum təzyiq siyasəti yürüdülməsinin lazım olması barədə eyni fikirdəyik.

 

Prezident Trampın iranlı həmkarı Həsən Ruhani ilə BMT Baş Assambleyasında mümkün görüşünə gəlincə, yalnız onu deyə bilərəm ki, ABŞ prezidenti hər hansı bir ilkin şərt irəli sürmədən Ruhani ilə görüşməyə hazırdır. Lakin onun belə bir görüş üçün konkret bir planı yoxdur” –deyə Amerikanın maliyyə naziri Stiven Mnuçin əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN