Süleymanidən İraq rəsmilərinə: "İranda xalq etirazlarının yatırılmasında qazandığım təcrübələri sizinlə bölüşməyə hazıram"

2019-10-31 16:19

GünAz TV: "Associated Press" "Sepah" terror təşkilatının "Qüds Briqadası"nın komandanı Qasım Süleymaninin İraqda xalq etirazları başlayandan sonra bu ölkəyə təcili səfəri barədə məlumat yayıb.

 

Adlarının açıqlanmasını istəməyən İraq təhlükəsizlik orqanlarının yüksək rütbəli rəsmiləri agentliyə bildiriblər ki, etirazların başlanmasından sonra Baş nazir Adil Əbdülmehdinin başçılığı ilə təhlükəsizlik toplantısının keçirilməsi planlaşdırılıbmış. Lakin Baş nazir görüşdə iştirak etməyib, onun yerinə qəfildən toplantı keçirilən məkana Qasım Süleymani gəlib. Bu haldan orda iştirak edən rəsmilər narahat olublar.

 

Süleymani iraqlı rəsmilərə "kömək" təklif edib. O bildirib ki, "İranda baş qaldırmış bu formada nümayişləri boğmaqda böyük təcrübə qazanıb və onu İraqla bölüşə bilər".

 

Agentliyin məlumatında qeyd edilir ki, Süleymani İraqda özünə bağlı qüvvələr vasitəsilə hazırladığı planları həyata keçirsə də, xalq etirazlarını tamamilə boğmağa müvəffəq olmayıb.

 

Süleymani etirazların başlamasından iki gün sonra gecə yarısı İraqa gedib və helikopterlə özünü sözügedən toplantı keçirilən Bağdadın "Əl-Xəzra" bölgəsinə çatdırıb.

 

Məlumatda bildirilir ki, Süleymaninin öz "təcrübələri"ni bölüşdüyü bu toplantının səhəri günü İraq təhlükəsizlik qüvvələri görünməmiş vəhşiliklə sivil xalqa qarşı hücuma keçdilər və onları atəşə tutmağa başladılar. Nəticədə həmin gün 100-dən çox etirazçı öldürüldü. Eləcə də, nümayişçilərə qarşı snayperlərin binaların damından atəş açması nəticəsində 1 həftə ərzində 150 nəfərdən çox insan həyatını itirdi.

 

Agentlik qeyd edir ki, etirazçıların əsas şüarlarından biri də İranın ölkələrinə müdaxiləsinə son verilməsi olduğundan, rəsmi Tehran etiraz dalğasının genişlənməsi və uğurlu sona çatmasından bərk narahatdır.

 

Lakin rəsmi Tehranın Süleymani vasitəsilə göstərdiyi cəhdlər uğursuzluğa düçar oldu. Belə ki, təqribən 1 ay sonra İraqda etirazlar yenidən baş qaldırdı. Bu azmış kimi, Livan əhalisi də yarıtmaz və korrupsioner hökumət, eləcə də İranın bu ölkədəki müttəfiqi Hizbullaha qarşı nümayişlərə start verdilər. Artıq Tehranda da anlayırlar ki, etirazçı xalq kütlələrini nəzarət altına almaq böyük müşkülə çevrilib və bu hal İrana bağlı qüvvələrin hakimiyyətinin sona çatmasıyla nəticələ bilər.

 

"Associated Press" bildirir ki, bu qorxuya görə, Süleymaninin İraq səfərindən sonra etirazçılara qarşı amansızlıq və şiddət dəfələrlə artıb. Bundan başqa, nümayişçilər deyirlər ki, əsgərlərin qarşısında üzləri maskalı, qara geyimli şəxslər peyda olub və xalqa qarşı gözyaşardıcı qazdan istifadə edənlər də onlardır. Bu isə göstərir ki, İran İraqda özündən asılı olan qüvvələri hakimiyyətdə saxlamaq, bununla da bu ölkəni faktiki olaraq idarə etmək üçün sivil İraq xalqını sözün əsl mənasında qılıncdan keçirməyə hazır vəziyyətdədir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06

gun az article

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

2020-08-06

gun az article

Mayk Pompeo: “Biz İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcəyik”

2020-08-06

gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05