Suriya müxalifəti Rusiya və Türkiyənin planını pozdu

Suriya müxalifəti Rusiya və Türkiyənin planını pozdu

GünAz TV: Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurmaq qərarına gəlib.

 

Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

 

Azad Suriya Ordusu daxil olmaqla 12 təşkilat tərəfindən yayılan bəyanatda rəsmi Dəməşqdən atəşkəs rejiminə əməl etmək tələb edilib.

 

“Biz 2017-ci il, yanvarın sonunda Astana şəhərində keçiriləcək danışıqlara hazırlıqla bağlı bütün əlaqələri dondururuq”,-bəyanatda qeyd olunub.

 

Sənəddə bildirilir ki, Suriya ordusu ilə rəsmi Dəməşqi dəstəkləyən qüvvələr Hama, Deraa əyalətləri və Şərqi Quta regionunda atəşkəs rejimini dəfələrlə pozublar.

 

Xatırladaq ki, dekabrın 29-da Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalanıb. Atəşkəs rejimi dekabrın 30-da yerli vaxtla saat 00:00-da qüvvəyə minib. Bu ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə çoxtərəfli sülh danışıqlarının keçiriləcəyi planlaşdırılır. (apa)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN