Suriya ordusu Hələb şəhərini tam nəzarətə götürüb

Suriya ordusu Hələb şəhərini tam nəzarətə götürüb

GünAz TV: Suriyanın Hələb şəhəri müxalifət qüvvələrindən tamamilə təmizlənərək ordunun nəzarətinə keçib.

 

Bu bəyanatla Suriya Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığı çıxış edib.

 

Çıxış mətnini “Əl Əxbariyə” telekanalı efirə verib.

 

“Hələbdə qələbə terrorçuluğa qarşı müharibədə mühüm bir dönüş nöqtəsidir”, – deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, dünən müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN