Suriyada atəşkəs rejimi qüvvəyə minib

Suriyada atəşkəs rejimi qüvvəyə minib

GünAz TV: Suriya ordusu, razılaşmanın şərtlərinə uyğun olaraq, ölkənin bütün ərazisində hərbi əməliyyatları dayandırıb.

 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Bundan əvvəl Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 29-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

 

Atəşkəs rejimi terror təşkilatlarına şamil olunmayacaq.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiya Suriyada münaqişə tərəflərinə təqdim olunacaq hərtərəfli atəşkəs planını razılaşdırıblar.

 

Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN