Suriyada bir hərbi bazaya raket hücumunda ən azı 18 “Sepah”çı həlak olub - VİDEO

Suriyada bir hərbi bazaya raket hücumunda ən azı 18 “Sepah”çı həlak olub - VİDEO

GünAzTV: Aprelin 29-u axşam saatlarında Suriyada Hemah şəhərində Əsəd rejiminə məxsus bir hərbi bazaya qarşı həyata keçirilən raket hücumunda 18-i “Sepah”çı olmaqla ən azı 40 nəfər həlak olub, 60-a yaxın hərbçi yaralanıb.

 

Suriya mənbələrinin yaydığı xəbərə əsasən, Hemah şəhəri yaxınlığında "47-ci Alay”adlanan hərbi bazanın yer-yer raketlərinin saxlandığı anbara hücumda həlak olan “Sepah”çılardan 5-i İran vətəndaşı, 13-ü isə “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdlularıdır.

 

Hadisədən sonra İranın bəzi hökumət saytları hərbi bazaya hücumda çoxlu sayda İranlı hərbçinin öldüyü barədə məlumat yaysalar da, az sonra həmin xəbərləri silərək, onu təkzib etməyə başlayıblar.

 

Bəzi mənbələr hücumun İsrail tərəfindən edildiyi barədə məlumat yaysalar da, rəsmi Tel-Əviv bu barədə yayılan məlumatlara münasibət bildirməyib.

 

VİDEO:

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN