Suriyada daha 1 əfqanlı “Sepah”çı həlak olub

Suriyada daha 1 əfqanlı “Sepah”çı həlak olub

GünAzTV: İran İnqiulab Keşikçiləri Korpusunun “Sepah” daha 1 əfqanlı üzvü Muctaba Rzayi, Suriyada gedən savaşda öldürülüb.

 

Bir neçə həftə əvvəl Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”ın muzdlu əfqanıstanlılardan ibarət “Fatimiyyun” briqadası üzvü, bu ölkənin Hemah əyalətində Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Bildirilir ki, cəsədi ölkəyə gətirilən “Sepah”çı, aprelin 18-də İranın Şəhriyar şəhərinin yaxınlığındakı Bağıstan qəsəbəsində torpağa tapşırılacaq.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN