Suriyada daha 1 iranlı “Sepah”çı həlak olub

Suriyada daha 1 iranlı “Sepah”çı həlak olub

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 iranlı üzvü, Əlirza Qubadi Suriyada gedən döyüşlərdə həlak olub.

 

Suriya diktatoru Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl bu ölkəyə göndərilən “Sepah”çı, mayın 17-də paytaxt Dəməşq ətrafında Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmalarda həlak olub. Cənazəsi ölkəyə gətirilən “Sepah”çı, mayın 22-də İranın Kərəc şəhərində torpağa tapşırılıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN