Suriyada daha 6 “Sepah”çı öldürülüb

Suriyada daha 6 “Sepah”çı öldürülüb

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 6 əfqanlı və pakistanlı muzdlusu  Suriya savaşında həlak olub. Həlak olanlardan biri Əfqanıstan, 5-i isə Pakistan vətəndaşıdır.

 

Bir neçə gün əvvəl Suriyanın Dəməşq şəhəri ətrafında və digər bölgələrdə Bəşər Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmalarda həlak olan muzdlu “Sepah”çıların cənazələri artıq ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminin qorunub saxlanılması uğrunda qurban gedən “Sepah”çıların mayın 24-də İranın Qum şəhərində dəfn ediləcəyi bildirilir.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN