Suriyada faciənin dəhşətli nəticələri: Əsəd rejimi 14 min sivil insanı işgəncə verərək öldürüb

Suriyada faciənin dəhşətli nəticələri: Əsəd rejimi 14 min sivil insanı işgəncə verərək öldürüb

GünAz TV: ABŞ, İngiltərə və Fransadan yüksək səviyyəli səlahiyyətlilər BMT 73. Baş Məclisinin iclası çərçivəsində birgə təşkil etdikləri yığıncaqda Bəşər Əsəd rejiminin Suriyadakı insan hüquqları pozuntularını müzakirə edib.

 

ABŞ Dövlət Departamentinin açıqlamasında ABŞ, İngiltərə və Fransanın yüksək səviyyəli səlahiyyətlilərin Suriya insan hüquqları müdafiəçilərilə bir araya gələrək, Əsəd rejimi tərəfindən tətbiq edilən çox sayda həbs qərarı haqqında məlumat əldə etdiyi bildirilir.

 

Açıqlamada Suriyada qeyri-hökumət təşkilatları və Demokratiya Mərkəzi, İnsan Hüquqları üçün Suriya Təşkilatı, Azadlıq Ailələri, Suriya Ədalət və Məsuliyyət Mərkəzi kimi qrupların insan hüquqları nümayəndələrinin çıxış etdiyi yığıncaqda Suriyadakı vətəndaş müharibəsinin başladığı gündən etibarən 210 min adamın həbs olunduğu, 85 min adamın itkin düşdüyü və 14 mindən çox insanın işgəncə altında öldüyü qeyd edilib.

 

Açıqlamada "İnsan hüquqları təşkilatları Əsəd rejiminin hələ bir üsyan baş vermədən əvvəl belə xalqa nəzarəti davam etdirmək və özünə rəqib gördüyü insanların ailələrini hədəf götürərək qorxutmaq məqsədi ilə yayğın şəkildə işgəncə vérdiyini və nəzarət tətbiq etdiyini söylədi" ifadəsi də yer tutub.

 

Mənbə: Anadolu

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN