Suriyada həlak olan daha 2 “Sepah”çının cənazəsi ölkəyə gətirilib - FOTOLAR

Suriyada həlak olan daha 2 “Sepah”çının cənazəsi ölkəyə gətirilib - FOTOLAR

GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 2 muzdlusunun cənazəsi ölkəyə gətirilib. “Sepah”çılardan biri İran, digəri isə Əfqanıstan vətəndaşlarıdır.

 

Bəşər Əsəd rejiminə yardım və dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın iranlı muzdlusu Daniyal Səfəri və “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlusu Salim Səfərzadə, İsrailin Suriyada İranın hərbi bazalarına qarşı həyata keçirdiyi son hücumunda həlak olub.

 

Cənazələri ölkəyə gətirilən “Sepah”çılar, mayın 17-də İranın Tehran və Qum şəhərlərində torpağa tapşırılıb.

 

Xatırladaq ki, son ay yarımda İsrailin Suriyada İranın hərbi bazalarına qarşı raket hücumlarında onlarla “Sepah”çı həlak olub, bir neçəsi ağır yaralanıb.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN