Suriyada həlak olmuş daha 1 “Sepah” muzdlusunun cənazəsi ölkəyə gətirilib

Suriyada həlak olmuş daha 1 “Sepah” muzdlusunun cənazəsi ölkəyə gətirilib

 GünAzTV: “Sepah”ın Suriyada həlak olmuş daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”çı, Xəlil Təxti Nejad bir neçə həftə əvvəl İsrailin Suriyada İranın hərbi bazalarına endirdiyi hava zərbələrində həlak olub. “Sepah” muzdlusunun cənazəsi iyunun 11-də ölkəyə gətirilərək, İranın Bəndər Abbas şəhərində torpağa tapşırılıb.

 

Xatırladaq ki, son ay yarımda İsrailin Suriyada İranın hərbi bazalarına qarşı həyata keçirdiyi raket hücumlarında 67-yə yaxın “Sepah”çı həlak olub, bir neçəsi ağır yaralanıb.

 

 

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN