Suriyada yaralanan təbrizli “Sepah”çı Tehran xəstəxanasında keçinib

Suriyada yaralanan təbrizli “Sepah”çı Tehran xəstəxanasında keçinib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 azərbaycanlı muzdlusu, Vəhid Fərhəngi Suriya savaşında həlak olub.   

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın 26 yaşlı təbrizli muzdlusu,  bir neçə gün əvvəl Suriyanın İdlib şəhəri yaxınlığında minaya düşərək ağır yaralanıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Tehranın “Bəqiyyətullah” xəstəxanasına çatdırılan “Sepah”çı, noyabrın 7-də aldığı yaralardan keçinib. Bildirilir ki, onun cənazəsi yaxın günlərdə doğma şəhəri Təbrizə aparılılıb torpağa tapşırılacaq.

 

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN