Suriyadan çıxarılan Amerika hərbi qüvvələri İraqa yerləşdirilir

Suriyadan çıxarılan Amerika hərbi qüvvələri İraqa yerləşdirilir

GünAz TV: Rəsmi Vaşinqton Suriyanın şimal-şərqindən çıxardığı hərbçilərini İraqa göndərməyi planlaşdırır.

 

APA “voiceamerica”ya istinadla xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə naziri Mark Esper bəyan edib.

 

700-dən çox hərbçidən söhbət getdiyini bildirən Esper onların İraqın cənubunda yerləşdiriləcəyini və İŞİD-ə qarşı mübarizəni davam etdiricəklərini vurğulayıb.


Pentaqon rəhbəri ABŞ-ın İraqdan Suriyaya mümükün antiterror reydlərini istisna etməyib.

 

O bildirib ki, plan gələn bir neçə gün ərzində NATO ilə keçiriləcək yığıncaq zamanı müzakirə ediləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN