Tacikistan- Özbəkistan sərhədində 15 döyüşçü öldürüldü

Tacikistan- Özbəkistan sərhədində 15 döyüşçü öldürüldü

GünAz TV: 6 noyabr gecə saatlarında silahlı qruplaşma Tacikistan-Özbəkistan sərhəd postuna hücum edib.

 

Bu barədə “RİA Novosti”yə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi Sərhəd Qoşunlarının Mətbuat xidmətindən məlumat verilib.

 

Rəsmi məlumata görə, 20 maskalı silahlı şəxs Düşənbə şəhərindən 60 kilometr qərbdə yerləşən “İşkobod” 4 saylı forpostuna hücum ediblər.

 

Hərbi əməliyyat nəticəsində 15 döyüşçü məhv edilib, daha 5 nəfər tutulub.

 

Silahlı qrupun zərərsizləşdirilməsi zamanı sərhəd qoşunlarının bir əsgəri və bir polisin öldürüldüyü qeyd olunur.

 

Hadisə yerində əməliyyat-istintaq qrupu yaradılıb, istintaq davam edir. “Qafqazinfo”

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN