Təbriz və Zəncanda daha 2 məhkum edam edilib

Təbriz və Zəncanda daha 2 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 2 nəfər edam edilib. Məhkumlar bir neçə gün əvvəl Təbriz və Zəncan şəhərlərində edam edilsələr də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə bacanağını qətlə yetirən və həmin vaxtdan həbsdə saxlanılan məhkum Bayram Qolixani, yanvarın 21-i sübh saatlarında Təbriz zindanında dara çəkilib.

 

Həmçinin eyni ittihamla daha bir nəfər yanvarın 26-da Zəncan həbsxanasında dar ağacından asılıb. Məhkum Sübhan Kərimi, beş il əvvəl Kürdüstan əyalətinin Zərrinə şəhərində baş vermiş kütləvi bir davada qətl törətməkdə təqsirli bilinib.

 

Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN