Təbriz zindanında saxlanılan məhbus intihar edib

Təbriz zindanında saxlanılan məhbus intihar edib

GünAzTV: İranın Şərqi Azərbaycan əyalətinin zindanında saxlanılan 50 yaşlı məhbus Möhsün Pərvas intihar edərək həyatına son qoyub. Bu barədə İrandakı hüquq-müdafiəçiləri məlumat yayıb.

 

Məlumata əsasən, bankdan oğurluqda günahlandırılaraq iki ay əvvəldən həbsdə saxlanılan məhbus Möhsün Pərvas, aprelin 21-i sübh saat 06:00 radlərində zibil naylonunu başına keçirərək özünü boğub. Bildirilir ki, Təbriz zindanının 9-cu korpusunda saxlanılan məhbus, dəfələrlə zindan rəhbərliyinə müraciət edərək, onun xərçəng xəstəsi olan övladı ilə görüşünə icazə verilməsini xahiş etsə də, onun bu istəyi rədd edilmişdi. Qeyd olunur ki, məhkəmənin barəsində çıxaracağı hökmü gözləyən müttəhim, özünə qəsd etməzdən əvvəl bir neçə dəfə digər məhbus dostlarına zindan həyatından əziyyət çəkdiyini və artıq intihar etmək istədiyini bildirmişdi.

 

İntihar hadisəsinin detalları barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN