Təbrizdə daha 1 nəfər dara çəkilib

Təbrizdə daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə bir həftə əvvəl Təbrizdə baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl naməlum səbəbə görə öz həyat yoldaşını qətlə yetirən və həmin vaxtdan həbsdə saxlanılan gənc müttəhim Əhəd Purtağı, sentyabrın 21-i (şəhərivərin 30-da) sübh saatlarında İranın Təbriz şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Edam edilən şəxs: Əhəd Purtağı

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN