Təbrizdə daha 3 nəfər dara çəkilib

Təbrizdə daha 3 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, hər üç müttəhim, noyabrın 26-sı sübh saatlarında İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı sayılan Təbrizin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərdən yalnız birinin (30 yaşlı Marağa şəhər sakini Tahir Əmini) adı mediaya açıqlanıb. Dar ağacından asılan digər iki şəxsin adları barədə hər hansı bir məlumat yayılmayıb.  

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN