Təbrizdə daha 3 nəfər edam edilib

Təbrizdə daha 3 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, barələrində çıxarılmış ölüm hökmünün icrasına qədər 4 ildən 6 ilə qədər həbsdə saxlanılan müttəhimlər (Miyana şəhər sakini 55 yaşlı Səid Əsgəri, Məməqan şəhər sakini 68 yaşlı Əli Delgüşadi və adı ixtisarla mediaya işıqlandırılan müttəhim C.N) noyabrın 22-si sübh saatlarında Təbrizin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN