Təbrizdə və Məşhəddə daha 8 nəfər edam edilib

Təbrizdə və Məşhəddə daha 8 nəfər edam edilib

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 8 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə 4 müttəhim yanvarın 17-si sübh saatlarında İranın Məşhəd şəhərinin Vəkilabad zindanında dara çəkilib. Edam edilənlərdən birinin adı (Əhməd Şükrabi) mediaya açıqlansa da, digər 3 nəfərin kimliyi hələlik məlum deyil.

 

Yanvarın 18-i sübh saatlarında isə Təbrizin mərkəzi zindanında daha 4 nəfər dara çəkilib. Onlardan 3-ü (Pərviz Soləti, Qurban Lütfi, İrtikab Kərimi) narkotik maddələrin qaçaqmalçılığında, 1-i isə (Həsən Həsənzadə) qətldə günahlandırılıb. Bildirilir ki, 18 yaşlı Həsən Həsənzadənin qətl törədərkən yalnız 15 yaşı olub və o üç ilə yaxın həbsdə saxlanıldıqdan sonra edam edilib.

 

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN